Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Belə səhvlər gözləmirdim" - Azərbaycan millisinin baş məşqçisi
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Gürcüstan millisinə uduzduqları (2:5) yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.
QOL.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, mütəxəssis oyunçularının gözlənilməz səhvlər etdiyini deyib:
“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadı etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.