AZ

Areq Koçinyan: Ermənistan, Azərbaycan və Gürcüstan ekspertləri üçtərəfli formatda görüşməlidirlər

Ermənistan, Azərbaycan və Gürcüstanın ekspert icmalarının üçtərəfli formatda müzakirə etmək üçün çoxlu mövzuları var.

Bu barədə "Report"un əməkdaşının sualını cavablandırarkən Ermənistan tərəfindən "Sülh körpüsü" təşəbbüsünün əlaqələndiricisi, Ermənistan Şurasının sədri Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair Qəbələdə keçirilən mətbuat konfransında bildirib.

"Ötən il Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilib. Biz ekspert səviyyəsində bu görüşü əsas götürdük, çünki çoxdan deyirdik ki, belə bir görüşə və üçtərəfli formatda işə ehtiyac var. Müzakirə üçün çox sayda mövzular var. Bunlar ətraf mühit, xarici siyasət, risklər, nəqliyyat və logistika, iqtisadiyyat və sairədir", - o qeyd edib.

Seçilən
19
1
far.az

2Mənbələr