AZ

İranın təklifləri əsasında tələbləri Pakistan tərəfinin diqqətinə çatdırılıb – Bəqai

Bakı. Trend:

İran və ABŞ arasında danışıqlarla əlaqədar İranın 10 maddəliktəklifləri əsasında tələbləri Pakistan tərəfinin diqqətinəçatdırılıb.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai İslamabadda İran mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, İran parlamentinin sədri Məhəmməd BaqirQalibafın başçılıq etdiyi heyətin İslamabada səfəri ilə bir növmüzakirələr başlanmış hesab olunur.

Bəqai bildirib ki, hazırda İran və Pakistan tərəfləri arasındadanışıqlar davam etdirilir və fikir mübadiləsi aparılır.

Nazirlik rəsmisi əlavə edib ki, İran tərəfi üçün heç bir naməlumhal olmadan öz rəyini bəyan etməsi önəmlidir.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davamedib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflərarasında iki həftəlik atəşkəs elan olunub.

ABŞ və İran arasında müzakirələrin yaxın saatlarda İslamabaddabaş tutacağı gözlənilir.

Seçilən
24
az.trend.az

1Mənbələr