AZ

Sərxan Kəmalə Günəşlidən yazdı: “Arxa plan gözümüzü “mazol” etdi”

Sərxan Kərəmoğlu sosial media hesabında Kəmalə Günəşli haqqında paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, müğənni həmkarının ağ yuyub-qara sərib:

“Yenə arxa plan öndə. Axı nəyə görə? Artıq tanınan bir sənətçi olmusan, Kəmalə xanım. Nəyə görə bir daha və bir daha bu arxalığı ön plana çıxardırsan? Bu nə arxa sevgisidir sizdə ? Bir yerin adı üstündədir onu bu qədər sevdirmək və sevmək məcburiyyəti nədir?

Səs gözəl, ifa gözəl və viziyon da gözəl. Niyə bu gözəlliklə davam etmirsiz? Sizin ifanızı çox bəyənirəm, kim nə deyir desin. Sadəcə zamanında tanınmaq üçün lazım olman yolları artıq buraxmaq lazımdır. Bu mənim baxış bucağımdır. Hələ mən Kəmalə Günəşlinin şəxsi həyatı barədə pis və lazımsız bir şey eşitmədim bu günə qədər.

Özünü mələk kimi göstərənlərin də həyatlarında nə hoqqalardan çıxdığını bilirik. Kəmalə xanımda belə problemlər yoxdur sadəcə bu arxa plan girdi gözümüzü "mazol" (döyənək - red) etdi day”. /Yeni Sabah

Seçilən
19
5
bakivaxti.az

6Mənbələr