AZ

Mahirin komandası qələbə qazandı

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında 29-cu tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda "Herta"nın qonağı olub. Berlindəki Olimpiya stadionunda keçirilən matç qonaqların minimal qələbəsi ilə yekunlaşıb. 

11 aprel

"Herta" - "Kayzerslautern" - 0:1

Qol: M.Berişa, 47

Mahir Emreli matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Herta" 50 xalla 6-cı, "Kayzerslautern" isə 46 xalla 7-cidir. 

Xatırladaq ki, Mahir ötən ilin yayından "Kayzerslautern"in formasını geyinir.

Seçilən
1
2
teleqraf.com

3Mənbələr