AZ

Masazırda 2 qadın qətlə yetirildi: Cinayət işi başlandı - YENİLƏNİB

Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Masazırda evdə qətlə yetirilən qadınların şəxsiyyəti məlum olub.

Əldə etdiyimiz məlumata görə, öldürülən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

"Cebheinfo.az"

Seçilən
9
19
cebheinfo.az

10Mənbələr