Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su kollektorunun təmir-bərpa işləri davam etdirilir.
Bu barədə Publika.az-a Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin (ADSEA) Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xidmətin balansındakı kollektor üzərində aparılan işlər Agentliyin Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən icra olunur. Ətrafda təklükəsizlik tədbirləri görülüb, mühafizə bəndləri qurulub. Geniş ərazini əhatə edən 9 metr dərinlikdə xəndək qazıldıqdan sonra kollektorun qəzalı hissəsini aşkara çıxarmaq mümkün olub. Kollektorun qəzalı hissəsi yenisi ilə əvəzlənəcək.
Tikinti-bərpa işlərinin səmərəli icrasına nail olmaq məqsədilə yaradılan qərargaha ADSEA sədri Zaur Mikayılov rəhbərlik edir.