10 aprel tarixində Heydər Əliyev Sarayı daha birmədəniyyət və gənclik bayramına ev sahibliyi edib. ARGənclər və İdman Nazirliyi və Azərbaycan Uşaq Fondunun dəstəyi ilə həyata keçirilən "ŞHK Junior Liqa - Anar Məmmədxanov Kuboku" çərçivəsində Bakının 18 məktəb komandası böyük səhnədə öz istedadını nümayiş etdirib.
Layihənin bədii rəhbəri və tədbirin aparıcısı Səməndər Rzayev gecəyə xüsusi enerji qataraq proqramın dinamik və yüksək əhval-ruhiyyədə keçməsinə töhfə verib. Bütün komandalar yüksək səviyyəli çıxışları ilə tamaşaçıların böyük rəğbətini qazanıb və maraqlı, gərgin mübarizə şəraitində çıxış ediblər.
Nəticələr:
Böyük Qızıl Kubok
6 nömrəli məktəbin yığması - "Palata №6"
Böyük Gümüş Kubok
189-190 nömrəli məktəblərin yığması - "Abrakadabra"
Böyük Bürünc Kubok
Bakı Avropa Liseyi - KVN komandası "Fantastik Dördlük"
Kiçik Qızıl Kubok
17 nömrəli məktəbin yığması - "Əhmədli Şumu"
Kiçik Gümüş Kubok
56 nömrəli məktəbin yığması
Kiçik Bürünc Kubok
18 nömrəli məktəbin yığması - KVN komandası "Şəhər Uşaqları".
Həmçinin, Anar Məmmədxanov kubokunda iştirak etdikləri üçün bütün komandalara xatirə olaraq kiçik kuboklar təqdim olunub.
Münsiflər heyəti: * Murad Dadaşov • Cavid Şahbazbəyov • Zəhra Bədəlbəyli • İradə Məmmədxanova • Hacı Nuran Hüseynov •Nəriman Əbdüləliyev
Tədbirin sonunda çıxış edən münsiflər heyətinin üzvü, ŞHK Junior Liqanın direktoru Cavid Şahbazbəyovqeyd edib ki, layihə "Bakılı oğlanlar" ŞHK-nın əfsanəvi kapitanı Anar Məmmədxanovun əziz xatirəsinə həsr olunub. O, vurğulayıb ki bu möhtəşəm bir oyun, parlaq və enerjili ŞHK gecəsi oldu, bu böyük səhnə gənclərimiz üçün gələcəyinin başlanğıcıdır və layihə ŞHK nəslini yetişdirmək üçün onlara yeni imkanlar açmağa davam edəcəkdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:


















