AZ

2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç heçə

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə

İspaniya La Liqasında 31-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, "Real Sosyedad" doğma meydanda "Alaves" komandasını qəbul edib.

Altı qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib. Matç ərzində iki dəfə hesabda geri düşən, daha sonra isə önə keçməyi bacaran meydan sahibləri qələbə hesabını qoruya bilməyiblər. 90+3-cü dəqiqədə qırmızı vərəqə səbəbindən azlıqda qalan "Real Sosyedad" son saniyələrdə buraxdığı qolla qələbə şansını itirib.

11 aprel

"Real Sosyedad" - "Alaves" - 3:3

Qollar: L.Suçiç, 14, A.Sivera, 27-avtoqol, O.Oskarsson, 60 – D.Çaleta-Tsar, 3-avtoqol, İ.Diabate, 24, L.Boye, 90+7

Bu nəticədən sonra xallarını 42-yə çatdıran "Real Sosyedad" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 33 xalı olan "Alaves" isə 15-ci sırada yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
qol.az

2Mənbələr