AZ

İbrahim Tatlısəs əməliyyat olundu, son vəziyyəti... - FOTO

Bir müddətdir xəstəxanada reanimasiyada müalicə alan türkiyəli “imperator” ləqəbli məşhur müğənni İbrahim Tatlısəsin son vəziyyəti açıqlanıb.

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, müğənni bu gün əməliyyat olunub.

İfaçını əməliyyat edən cərrah professor Bilgi Baca İ.Tatlısəsin öd kisəsindən əməliyyat olunduğunu deyib. O, əməliyyatın normal keçdiyini bildirib:

"Mürəkkəb bir əməliyyat olduğu üçün o, reanimasiya şöbəsində izləniləcək. Hər şey yaxşı gedərsə, gələn həftə onu evə buraxmağı planlaşdırırıq".

Qeyd edək ki, İ.Tatlısəs 7 apreldə təcili yardımlı xəstəxanaya yerləşdirilib. Ona öd kisəsinin iltihabı diaqnozu qoyulub. 

Billurə Yunus

Seçilən
19
olke.az

1Mənbələr