Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İran ABŞ və İsrail hücumlarına cavab olaraq 28 fevraldan bəri əsasən yeddi ərəb ölkəsindəki hədəflərə azı 6657 raket və pilotsuz təyyarə hücumu həyata keçirib.
Teleqraf xəbər verir ki, hücumlardan ən çox təsirlənən ölkə Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ), ən az təsirlənən ölkə isə Oman olub.
BƏƏ müdafiə sistemləri İranın 563 ballistik raket, 26 qanadlı raket və 2256 PUA-nı zərərsizləşdirə bilib.
Küveyt İranın 369 ballistik raket, 15 qanadlı raket və 852 dronunu zərərsizləşdirib.
Səudiyyə Ərəbistanı İranın 104 raket və 916 dronunu zərərsizləşdirib.
Bəhreyn müharibə zamanı İrandan atılan 194 raket və 515 droni zərərsizləşdirib.
Qətər 537 dəfə hava hücumuna məruz qalıb. Bu zaman 227 raket və 111 dron hava vurulub.
İordaniya İranın 291 raket və dronunu, Oman isə 19 pilotsuz təyyarəsini zərərsizləşdirib. .
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə atəşkəs elan edildikdən bəri İran qüvvələrinin heç bir ölkəyə atəş açmadığını açıqlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.