"Brentford"un hücumçusu İqor Tiaqo Premyer Liqada tarixi rekorda imza atıb.
QOL.az xəbər verir ki, braziliyalı forvard "Everton"a qarşı matçda penalti ilə fərqlənərək mövsümdə qol sayını 20-yə çatdırıb. Bununla da o, turnir tarixində bir mövsümdə 20 qol vuran ilk braziliyalı olub.
Qeyd edək ki, daha öncəki maksimum göstərici 15 qol olub. Tiaqo hazırda 22 qolla lider olan Erlinq Halanddan sonra bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb.