AZ

Danışıqların birinci mərhələsi başa çatdı- YENİLƏNİB

İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən birbaşa atəşkəs danışıqlarının birinci mərhələsi yekunlaşıb.

Redaktor.az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, ərəflər hazırda əldə olunmuş ilkin razılaşmaları təsdiqləmək üçün yazılı mətnlərin mübadiləsini həyata keçirirlər. Bu sənəd mübadiləsi Vaşinqton və Tehranın müzakirə olunan bəndlər üzrə eyni mövqedə olduqlarını rəsmiləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, sözügedən görüş 1979-cu il İslam İnqilabından bəri iki ölkə arasında keçirilən ilk yüksək səviyyəli və üz-üzə formatlı danışıqlar kimi tarixə düşüb. Müzakirələrin əsas mövzusu regionda uzunmüddətli sülhün bərqərar olması, Hörmüz boğazının təhlükəsizliyi və qarşılıqlı təhlükəsizlik zəmanətləridir.

***

İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib.

Redaktor.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Xəbərə görə, İran nümayəndə heyətinin müvafiq komitələrinin bir neçə üzvü danışıqların keçirildiyi məkana yola düşüb.

IRIB-in məlumatına əsasən, Tehran Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqlara başlamaq qərarını yalnız Vaşinqton tərəfinin İslam Respublikasının aktivlərinin dondurulmasının ləğvi şərtini qəbul etməsindən sonra verib.

Tehranın iki əsas tələbindən biri - aktivlərin dondurulmasının ləğvi - ABŞ nümayəndə heyəti ilə razılaşdırılıb. Digər tələb olan Livanda atəşkəs məsələsi isə hazırda müzakirə mərhələsindədir.

***

Tehran ABŞ ilə İranın aktivlərinin dondurulması qərarının ləğv edilməsi və Livanda atəşkəs barədə danışıqlara başlamaq qərarına gəlib.

Redaktor.az  xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonda Livan və İsrail arasında aparılan danışıqlar "Hizbullah" hərəkatının tərksilah edilməsi və İsrail qoşunlarının geri çəkilməsi məsələsini əhatə edəcək.

"Al Hadath" telekanalının məlumatına görə, ABŞ Livana aprelin 14-də Vaşinqtonda danışıqlar başlamazdan əvvəl İsrailin Beyrutu bombalamayacağına dair zəmanət verib.

***

Pakistanda ABŞ və İran arasında danışıqların ilk raundu başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. 

Məlumata görə, rəsmi Tehran müzakirələr zamanı öz şərtlərini açıqlayıb.

Bildirilib ki, İslam Respublikası Hörmüz boğazı üzərində nəzarəti əldə saxlamağı, münaqişə zamanı ölkəyə dəyən ziyana görə kompensasiya ödənilməsi, İran aktivlərinin dondurulmasının aradan qaldırılması və uzunmüddətli atəşkəs razılaşması tələblərini irəli sürüb.

Seçilən
1
1
redaktor.az

10Mənbələr