AZ

Heydər Əliyev prospektində avtomobillərə təhlükə yarandıVİDEO

Yolda yaranan çuxur, bəzi avtomobillərin təkərini yararsız hala salıb.

Xezerxeber.az xəbər verir ki, paytaxtın Nərimanov rayonundakı bu çuxur sürücülərə maddi ziyanla vurmaqla yanaşı, yolda təhlükəli vəziyyət də yaradır.

Sürücülər bildirirlər ki, əsasən sutkanın qaranlıq vaxtlarında çuxur daha çox problem yaradır.

Çəkiliş apardığımız zaman Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə gələrək, asfalt örtüyünü bərpa etdilər.

Agentlikdən "Xəzər Xəbər"ə bildirildi ki, məlumat daxil olan kimi dərhal tapşırıq verilib, çuxur qısa müddətdə aradan qaldırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
15
xezerxeber.az

1Mənbələr