AZ

ŞOK GÖRÜNTÜLƏR: Məhkəmədə "Putinin qonağı" dindirildi: Saakaşvili özündən çıxdı - VİDEO

Tiflis Şəhər Məhkəməsində "7 noyabr işi" üzrə keçirilən iclasda Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ilə şahid qismində çıxış edən keçmiş baş nazir Zurab Noqaideli arasında kəskin söz davası yaşanıb.

Musavat.com xəbər verir ki, tərəflər arasında mübahisəyə əsasən Zurab Jvaniyanın ölüm halları və Noqaidelinin istefadan sonra Rusiyaya etdiyi səfərlər səbəb olub.

Məhkəmə zamanı eks-baş nazir Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü təsdiqləyib və bu görüşün məqsədinin iki ölkə arasındakı münasibətləri nizama salmaq olduğunu bildirib.

Saakaşvili isə Noqaidelinin bu hərəkətlərini "xəyanət" adlandıraraq onu sərt şəkildə tənqid edib.

Baş verən qarşıdurmadan sonra Mixeil Saakaşvili iclasda iştirakdan imtina edərək məhkəmə zalını tərk edib. O, həmçinin davam edən məhkəmə prosesinin tamamilə siyasi motivli olduğunu bəyan edib.

Hadisə ilə bağlı görüntüləri "TV Pirveli" telekanalı yayımlayıb.

Musavat.com

Seçilən
0
20
musavat.com

10Mənbələr