AZ

İran ABŞ ın Hörmüz boğazına birgə nəzarət təklifini rədd edib

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran tərəfi hesab edir ki, Amerika nümayəndə heyəti İslamabadda keçirilən danışıqlar zamanı həddindən artıq tələblər irəli sürür.

Azpost.info bildirir ki, bu barədə İranın dövlət televiziyası məlumat verib.

Məlumata görə, ABŞ bu danışıqlar mərhələsində də həddindən artıq tələblər irəli sürür.

“The Financial Times” isə (FT) iki mənbəyə istinadən yaydığı məlumatda bildirir ki, Hörmüz boğazına nəzarət məsələsi Pakistanda ABŞ-İran danışıqlarını dalana salır.

Mənbələrdən biri nəşrə bildirib ki, İran boğaz üzərində nəzarətində və gəmilərdən keçid üçün pul almaq hüququnda israr edir. Məqaləyə görə, İran “birgə nəzarət” ideyasını rədd edib. Qəzetin mənbələrinə görə, Fars körfəzini Oman körfəzi ilə və daha sonra Hind okeanı ilə birləşdirən Hörmüz boğazının açılması danışıqlarda maneə olaraq qalır.

Bu gün Parlament sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti münaqişənin həlli ilə bağlı ABŞ ilə danışıqlar aparmaq üçün Pakistan paytaxtına gəlib. Şənbə səhəri isə Amerika danışıqlar qrupuna rəhbərlik edən ABŞ-ın vitse-prezidenti J.D. Vens Pakistana gəlib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
50
azpost.info

10Mənbələr