AZ

"Real" hakimlik islahatlarından imtina etdi

style='margin-bottom:10px;'>

"Real" klubu İspaniya Kral Futbol Federasiyasının hakimlik sistemində islahatlarla bağlı layihəsində iştirakdan imtina edib.

AS nəşrinin məlumatına görə, klub rəhbərliyi artıq bu mövzuda keçirilən görüşlərə qatılmayacağını federasiyaya bildirib. Madrid təmsilçisi La Liqanı hakimlik baxımdan ədalətsiz turnir hesab edir. 

Qeyd olunur ki, bu mövqe "Jirona" ilə oyundan (1:1) sonra daha da sərtləşib. Həmin matçda Kilian Mbappeyə qarşı epizodda penalti verilməməsi narazılığa səbəb olub.

Hazırda tərəflər arasında münasibətlərin kəskinləşdiyi və "Real"ın əlaqələri bərpa etmək niyyətində olmadığı bildirilir.

Seçilən
18
teleqraf.com

1Mənbələr