AZ

ABŞ-nin planı dalana dirənir – İran danışıqlarda önə keçir

USA Today qəzetində dərc olunan təhlildə ABŞ-nin irəli sürdüyü atəşkəs planının gözlənilən effekti vermədiyi və prosesin faktiki olaraq dalana dirəndiyi bildirilir. Musavat.com xəbər verir ki, bu təşəbbüs gərginliyin azaldılması kimi təqdim olunsa da, real vəziyyət fərqli qiymətləndirilir.

Məqalədə vurğulanır ki, Donald Trump administrasiyasının təşəbbüsü ilə təqdim olunan atəşkəsə baxmayaraq, İran öz strateji üstünlüklərini qoruyub saxlayıb və bəzi istiqamətlərdə onları daha da gücləndirib.

Tehran mövcud vəziyyətdən maksimum istifadə edərək danışıqlarda daha əlverişli mövqeyə çıxıb. İranın həm regional təsir imkanlarını, həm də hərbi-siyasi rıçaqlarını itirməməsi ABŞ-ni çətin vəziyyətə salır.

Yazıda qeyd olunur ki, bu cür şərtlər altında atəşkəs daha çox taktiki fasilə xarakteri daşıyır və tərəflər arasında fundamental razılaşmaya gətirib çıxarmır.

Musavat.com

Seçilən
14
50
musavat.com

10Mənbələr