İran və ABŞ nümayəndə heyətləri arasında Pakistanın paytaxtı İslamabadda baştutan danışıqlar sakit və dostluq ab-havasında keçib.
"Far.Az" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti İran rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətlərinin rəhbərləri Məhəmməd-Bağır Qalibaf və Cey Di Vens bir-birinin əlini sıxıblar.
"İran parlamentinin spikeri, nüfuzlu hərbi və siyasi xadim Qalibaf [ABŞ-nin] vitse-prezidenti Cey Di Vensin əlini sıxıb", - deyə məlumatda bildirilir.