AZ

Dünya sülhü gözləyərkən ABŞ ordusu hərəkətə keçdi - hərbi gəmilər Hörmüz boğazına girdi...



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında mina təmizləmə əməliyyatına başladığını açıqlayıb. Bu barədə ABŞ və İran arasında birbaşa danışıqların başladığı gün, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media paylaşımı vasitəsilə açıqlama yayıb.

ABŞ ordusunun açıqlamasında deyilir: "CENTCOM qüvvələri, 11 apreldə iki ABŞ Hərbi Dəniz Qüvvələri esminesinin həyata keçirdiyi əməliyyatla Hörmüz boğazında mina təmizləmə ilə bağlı hazırlıqlara başlayıb".

Qeyd olunur ki, əməliyyatın bir hissəsi olaraq, iki freqat - USS Frank E. Peterson və USS Michael Murphy - boğazdan minaların tamamilə təmizlənməsini təmin etmək üçün genişmiqyaslı missiyanın bir hissəsi olaraq, Hörmüz boğazından keçərək Ərəbistan körfəzində əməliyyatlara başlayıb.

İrandan ABŞ-ın bu açıqlamasına hələlik heç bir reaksiya verilməyib.

Tahir TAĞIYEV

Seçilən
48
baki-xeber.com

1Mənbələr