AZ

İrlandiya hava limanında naməlum şəxs ABŞ hərbi təyyarəsinə baltayla hücum edib

BAKI, 12 aprel. TELEQRAF

İrlandiyada hava limanında bir şəxs ABŞ-yə məxsus hərbi təyyarəyə baltayla hücum edərək ona zərər vurub.

Teleqraf xəbər verir ki, bu barədə "The Irish Examiner" məlumat yayıb.

Məlumata görə, naməlum şəxs "Lockheed C-130 Hercules" tipli təyyarənin qanadına çıxaraq onun gövdəsinə zərər yetirib.

Hadisədən sonra həmin şəxs saxlanılıb. Onun bu addımı atmasının səbəbi və hava limanının hərəkət zolağına necə daxil olduğu hələlik məlum deyil.

Bildirilir ki, hava limanının polisi hadisədən sonra ərazidə yoxlamalar apararaq şəxsin təhlükəsizlik zonasına necə daxil olduğunu araşdırır. İnsidentlə bağlı istintaq davam edir.

Seçilən
74
teleqraf.com

1Mənbələr