Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Stellantis konserni Avropa avtomobil sənayesində ciddi səs-küyə səbəb olacaq addım atmağa hazırlaşır.Reuters agentliyinin yaydığı məlumata görə, qlobal avtomobil nəhəngi Çinin elektromobil istehsalçısı Leapmotor ilə danışıqları intensivləşdirib. Bu dəfə məqsəd sadəcə tərəfdaşlıq deyil, Avropanın köklü brendlərinin Çin platforması üzərində yenidən doğulmasıdır.Layihənin əsas hədəfində Almaniyanın məşhur Opel markası dayanır. Razılaşma baş tutarsa, yeni modellərin mühəndis işlərini, elektron komponentlərini və elektrik arxitekturasını tamamilə Çin tərəfi təmin edəcək. Bu üsul Stellantis üçün xərcləri kəskin azaltmaq və yeni modellərin bazara çıxışını sürətləndirmək imkanı yaradır. "Opel"dən sonra eyni taleyi İtaliya klassikası "Alfa Romeo"nun da yaşayacağı gözlənilir.Əslində bu yaxınlaşma gözlənilməz deyil. Stellantis hələ keçən il "Leapmotor"un səhmlərinin 20 faizini alaraq beynəlxalq bazarlar üçün birgə satış şəbəkəsi qurmuşdu. İndi isə tərəfdaşlıq daha dərin texnoloji müstəviyə keçir. Planlar reallaşsa, Çin texnologiyası ilə təchiz edilmiş ilk elektrikli Opel krossoveri 2028-ci ildə yollarda olacaq.Yeni nəsil avtomobillərin istehsal ünvanı da artıq bəllidir. İstehsalın İspaniyanın Saraqosa şəhərindəki Stellantis zavodunda təşkil edilməsi nəzərdə tutulur. Həmin zavodda artıq bu ilin sonundan etibarən Çinin Leapmotor B10 modelinin də konveyerdən çıxacağı bildirilir. İlkin hesablamalar Opel modelinin illik 50 min ədəd istehsal olunacağını göstərir.İtaliya brendi Alfa Romeo üçün nəzərdə tutulan modelin də logistik xərcləri sığortalamaq üçün eyni zavodda yığılması variantı masadadır. Hələlik müzakirə mərhələsində olan bu planlar barədə Çin şirkəti susmağa üstünlük verir. Leapmotor təmsilçiləri tərəfdaşlarla müxtəlif formatlarda danışıqların getdiyini təsdiqləsələr də, konkret detalları açıqlamaq üçün tez olduğunu bildirirlər.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.