AZ

“Mucize Doktor” Azərbaycanda ekranlaşdırıla bilər – “Ümidin Nəbzi” serialı gündəmdə

“Mucize Doktor”un Azərbaycanda analoqu çəkilə bilər – “Ümidin Nəbzi” layihəsi gündəmdədir.

NOCOMMENT.az-ın əldə etdiyi məlumatlara görə, Türkiyədə böyük izləyici kütləsi qazanan “Mucize Doktor” serialının Azərbaycanda yerli versiyada ekranlaşdırılması gündəmə gəlib.

Məlumata görə, layihə hazırda ilkin müzakirə mərhələsindədir və serialın Azərbaycan versiyasının “Ümidin Nəbzi” adı ilə çəkilməsi planlaşdırılır.

Tibbi dram janrında nəzərdə tutulan ekran işinin məqsədi həm yerli tamaşaçı maraqlarına uyğunlaşdırılmış hekayə təqdim etmək, həm də həkimlərin gündəlik iş həyatını daha real şəkildə ekranlara daşımaqdır.

Qeyd edək ki, “Mucize Doktor” serialı Türkiyədə yayımlandığı dövrdə böyük reytinq qazanmış və bir çox ölkələrdə maraqla izlənilmişdi.

“Ümidin Nəbzi” layihəsinin nə vaxt istehsala başlayacağı və hansı kanal vasitəsilə yayımlanacağı barədə isə hələlik rəsmi açıqlama verilməyib.

Nərmin
NOCOMMENT.az

Seçilən
23
nocomment.az

1Mənbələr