AZ

Ben Afflekdən Jennifer Lopezə 60 milyonluq jest

Ben Afflek boşanmadan sonra keçmiş həyat yoldaşı Jennifer Lopezə 60 milyon dollar dəyərində ev verib.

Bakıvaxtı.az TMZ-yə istinadən xəbər verir ki, Afflek malikanədəki payını tam şəkildə Lopezə ötürüb.

Məlumata görə, tərəflər əmlak bölgüsü ilə bağlı razılaşmaya dəyişiklik ediblər və bu çərçivədə mülkiyyət Lopezin adına keçirilib. Cütlük evi 2023-cü ilin mayında alıb və əlavə olaraq bir neçə milyon dollar təmir və abadlaşdırma işlərinə xərcləyib.

Qeyd edək ki, Jennifer Lopez dörd dəfə ailə həyatı qurub. O, 2022-ci ildə Ben Affleklə evlənib, 2024-cü ildə isə boşanıb.

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr