AZ

Con Nolan vəfat edib

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniyalı aktyor Con Nolan 88 yaşında vəfat edib.

"Ölkə.az" bu barədə "Herald" qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, aktyor aprelin 11-də dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Nolan 1960-cı illərin sonlarından başlayaraq onlarla filmin çəkilişində iştirak edib. "Betmen: Başlanğıc" ("Batman Begins", 2005), "Qara Cəngavər: Əfsanənin dirçəlişi" ("The Dark Knight Rises", 2012) və "Dünkerk" ("Dunkirk", 2017) filmlərindəki işləri ona geniş şöhrət qazandırıb.

Con Nolan məşhur britaniyalı rejissor, ikiqat "Oskar" mükafatı laureatı Kristofer Nolanın, eləcə də ssenarist Conatan Nolanın əmisi idi.(Report)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
5
olke.az

6Mənbələr