AZ

“Neftçi”nin müdafiəçisi: “Çox güclüyük, bunu meydanda göstəririk”

ain.az bildirir, sport24.az portalına istinadən.

"Birinci hissədə oyunu bitirməli idik. Çünki çoxlu qol epizodları yaratmışdıq". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu İqor Ribeyro deyib.Müdafiəçi Misli Premyer Liqasının 27-ci turunda "Araz-Naxçıvan"ı məğlub etdikləri (2:1) oyundan sonra fikirlərini bölüşüb:"Sözsüz ki, komandamız çox yaxşıdır, çox güclüdür. Yalnız ikinci hissənin sonlarında bir az əziyyət çəkdik. Qol epizodlarından yararlansaydıq, belə olmazdı. Bütün futbolçular ilk dəqiqələrdən meydançaya qələbə üçün çıxmışdı. Bunu da öz oyunumuzla göstərə bildik".Ribeyro apreldə onları daha ağır matçların gözlədiyini söyləyib:"Uzun zamandır buna hazırlaşırıq. Bizi axır, çətin qrafikin gözlədiyini bilirik. Amma hamı bizim oyunumuzda böyük inkişafın olduğunu görür. Bunu öz oyunumuzla göstəririk. Üzərimizdə çox yaxşı işləyirik. Rəqiblərə qarşı da çox yaxşı hazırlaşırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
sport24.az

1Mənbələr