AZ

İran ABŞ-nin iki şərtini qəbul etmədi - Vens Tehrana son təklifini verdi

İran ABŞ-nin Hörmüz boğazı və nüvə energetikası ilə bağlı şərtlərini qəbul etməyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Fars" agentliyi İslamabadda ABŞ və İran araında danışıqlarda iştirak edən nümayəndə heyətinə yaxın mənbəyə istinadən məlumat yayıb.

"Amerikalılar danışıqlar zamanı müharibə ilə əldə edə bilmədikləri hər şeyi tələb ediblər", - deyə həmsöhbət iddia edib.

Mənbə hesab edir ki, ABŞ tərəfi danışıqlar masasını tərk etmək üçün bəhanə axtarıb. "Tasnim" agentliyi də danışıqların nəticəsiz qalmasını Vaşinqtonun "həddindən artıq tələbləri" ilə əlaqələndirib.

Qeyd edək ki, İranla ABŞ arasında Pakistanda danışıqlar təxminən 21 saat davam edib.

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens danışıqların razılaşma ilə nəticələnmədiyini bildirib. O deyib ki, ABŞ "qırmızı xətlər"ini çox aydın şəkildə qeyd edib, lakin İran bu şərtləri qəbul etməyib.

Vitse-prezident ABŞ-nin İrana son və ən yaxşı təklifini verdiyi bildirib. "Görək, iranlılar bunu qəbul edəcəklərmi?" - deyə o əlavə edib.

Seçilən
27
1
redaktor.az

2Mənbələr