2025-ci ildə qlobal səviyyədə buzlaqlar rekord həcmdə buz itirib.
AzEdu.az Sinxua agentliyinə istinadla xəbər verir ki, beynəlxalq tədqiqat qrupunun son tədqiqatının nəticələrinə görə, 2025-ci ildə Yer kürəsindəki buzlaqlar təxminən 408 giqaton buz itirib və bu, qlobal dəniz səviyyəsinin təxminən 1,1 millimetr qalxmasına səbəb olub.
Avstraliyalı bir alimin də iştirak etdiyi Dünya Buzlaqlarının Monitorinqi Xidmətinin araşdırmasını dərc edən Avstraliyanın Monaş Universitetinin son açıqlamasına görə, 2025-ci il buzlaqların əriməsinin qeydə alındığı 1975-ci ildən bəri dəniz buzunun itkisi üzrə altıncı ən pis il olub.
Monaş Universitetinin tədqiqatçısı, tədqiqatın həmmüəllifi Levan Tielidze bildirib: “Buzların ən ekstremal itkisinin son yeddi ilin ardıcıl altısında baş verməsi iqlim sisteminiin nə qədər sürətlə dəyişdiyini göstərir”.
“Nature Reviews Earth & Environment” jurnalında dərc olunan araşdırmaya görə, son on ildə buz itkisində kəskin sürətlənmə müşahidə olunub və illik itkilərin həcmi XX əsrin sonlarında müşahidə ediləndən təxminən dörd dəfə çoxdur. Alimlər bildirirlər ki, nəticələr davam edən buzlaq azalmasının miqyasını və təcililiyini vurğulayır.
Tədqiqat göstərib ki, 1975-ci ildən bəri dünya üzrə buzlaqlar təxminən 9600 giqaton buz itirib ki, bu da dəniz səviyyəsini təxminən 26 millimetr qaldırmaq üçün kifayətdir və itkinin təxminən 80 faizi 2000-ci ildən bəri baş verir.
Həmçinin bildirilir ki, 2025-ci ildə bütün 19 əsas buzlaq bölgəsi ardıcıl dördüncü ildir ki, kütləsini itirib və ən böyük itkilər Qərbi Şimali Amerika və Mərkəzi Avropada müşahidə olunub.