"İran və ABŞ-nin atəşkəs öhdəliklərinə sadiq qalmaları çox vacibdir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darın "Dawn" qəzetinə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Pakistan qarşıdakı günlərdə İran və ABŞ arasında qarşılıqlı əlaqənin və dialoqun asanlaşdırılmasında vasitəçi rol oynayıb və oynamağa davam edəcək.
Məlumat üçün bildirək ki, İran Xarici İşlər Nazirliyi ABŞ ilə başa çatmış danışıqların təfərrüatlarını açıqlayıb.
Xəzər
"Cebheinfo.az"