AZ

Gəncədə pravoslavlar Pasxa bayramını qeyd edir » AzadMedia.az


Azərbaycanın hər yerində olduğu kimi qərb bölgəsində də pravoslavlar Pasxa bayramını qeyd edir.

Bu bölgədə yaşayan pravoslavlar gecə saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram edir.

Gecə saatlarından başlayan dini ayinlər zamanı şamlar yandırılıb, dualar oxunub, vacib sayılan bir sıra dini ayinlər icra edilib. Yerli pravoslav sakinlərlə yanaşı, digər şəhərlərdən gələn xristianlar da bayramı burada qeyd edir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

Qeyd edək ki, Gəncədə 200-dən artıq pravoslav ailə yaşayır. Qərb bölgəsində pravoslavların yeganə dini ibadətgahı olan Aleksandr Nevski kilsəsi (Rus-Pravoslav kilsəsi) 1887-ci ildə inşa olunub və hazırda bölgədə yaşayan pravoslavlara xidmət edir.(Report)
Seçilən
5
14
azadmedia.az

10Mənbələr