AZ

Maxaçev İtaliyada qarət olunub

UFC-nin yarımorta çəki dərəcəsində çempionluq kəmərinin sahibi İslam Maxaçev İtaliyaya səfəri zamanı qarətçilərin qurbanı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idmançı öz "Instagram" hesabında bildirib.

"Pulqabım və pasportum qalmışdı, pasportu qaytardılar. Çamadandakı ən dəyərli şey son oyundan sonra Xviça Kvarasxeliyanın (PSJ-nin gürcü yarımmüdafiəçisi - red.) hədiyyə etdiyi butslar idi. Xalça da qalıb, başqa heç nə lazım deyil", - deyə Maxaçev yazıb.

Qeyd edək ki, 34 yaşlı Maxaçevin MMA-da 28 qələbəsi və bir məğlubiyyəti var. O, 2025-ci ildə iki çəki dərəcəsində UFC çempionu titulunu qazanan ilk rusiyalı olub.

Seçilən
11
5
bakivaxti.az

6Mənbələr