AZ

Dövlət qurumu 90 min əlcək alır – ŞƏRTLƏR, TƏLƏBLƏR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) struktur idarələrinə tələb olunan müxtəlif təyinatlı əlcəklərin satın alınması barədə tender elan edib. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində müxtəlif təyinatlı ümumilikdə 92 mindən artıq əlcək alınacaq. 

Bunlar gündəlik adi işlər üçün əlcəklər, qaynaq işləri üçün, uzun qol əlcəklər, takelaj işləri/buraz dartma üçün əlcəklər, elektrik işləri üçün əlcəklər, nitrili əlcək bərk manjetli, dielektrik əlcək və sair aiddir (Tam siyahı burada). 

Satınalmanın ehtimal olunan qiyməti 90 min manatdır. 

Tender şərtlərinə görə, təkliflər aprelin 13-ü saat 14-dək qəbul ediləcək. 

Əlcəklərin istehsal ili minimum 2025-ci il olmalıdır. Ödəniş yalnız fakt üzrə qəbul edilir. Təchizatçılar tərəfindən müvafiq mənşə və test sertifikatları təqdim edilməlidir. 

Təklifində malların adı, qısa təsviri, istehsal olunduğu və ya gətirildiyi ölkə, istehsalçı firması, markası və modeli, əmtəə nişanı, həcmi və qiyməti dəqiq göstərilməyən, vergilər daxil edilməyən bütün təkliflər, habelə “Mallara dair tələblər” bölməsindəki cədvəldə qeyd olunan parametrlərə uyğun gəlməyən mallar təqdim etmiş təchizatçılar satınalma prosedurundan kənarlaşdırılır. Tenderdə iştirak haqqı 180.57 AZN-dir.
 

Seçilən
48
fed.az

1Mənbələr