AZ

Pakistandan boş əllə

O bildirib ki, bu, Amerika Birləşmiş Ştatlarından daha çox, İran üçün pis xəbərdir:“Razılığa gəlmədən ABŞ-yə qayıdırıq.Qırmızı xətlərimizin nə olduğunu, hansı məsələlərdə onları qəbul etməyə hazır olduğumuzu və hansı məsələlərdə qəbul etməyə hazır olmadığımızı çox aydın şəkildə bildirmişik. Biz bunu mümkün qədər aydın şəkildə bildirdik və onlar şərtlərimizi qəbul etməməyi seçdilər”.

ABŞ-nin Vitse-prezidenti deyib ki, İranın nüvə silahı əldə etməyə çalışmaması və nüvə silahı əldə etməyə cəhd göstərməməsi Vaşinqtonun əsas hədəfidir.

- Biz bütün məsələlər barədə danışdıq. Amma yenə də,iranlıların şərtlərimizi qəbul etməyə hazır olduqları bir vəziyyətə gələ bilmədik. Düşünürəm ki, biz kifayət qədər güzəştə getdik. Prezident bizə dedi ki, razılaşma əldə etmək üçün əlimizdən gələni etməliyik. Biz bunu etdik və təəssüf ki, heç bir irəliləyiş əldə edə bilmədik,- Vens əlavə edib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ölkəsi ABŞ ilə bəzi məsələlərdə anlaşma əldə edib, lakin iki və ya üç vacib mövzuda fikir ayrılığı olub. Bəzi məsələlərdə isə anlaşma əldə etmək mümkün olmayıb.
İran tərəfinin məlumatına görə, danışıqlar fikir ayrılıqlarına baxmayaraq davam edəcək.

Pakistanın Xarici İşlər Nazirliyi isə yaydığı açıqlamada ümid etdiyini bildirib ki, hər iki tərəfin davamlı sülhə nail olmaq üçün müsbət şəkildə irəliləməyə davam edəcək: “Bütün tərəflərin atəşkəs öhdəliklərini yerinə yetirməsi vacibdir".

Qeyd edək ki, İslamabaddakı görüş 1979-cu ildə İslam Respublikasının qurulmasından bəri İran və ABŞ arasında ən yüksəksəviyyəli birbaşa danışıqlardır. Danışıqlar zamanı Pakistan Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi təklifini irəli sürüb. Bu təklifə birgə patrul xidməti də daxildir. Amma nəticəyə gəlmək mümkün olmayıb.

Tariyel
AzVision.az
Seçilən
43
1
azvision.az

2Mənbələr