AZ

İran İslamabad görüşünün səbəbini açıqladı: “ABŞ-nin təslim olmasında iştirak...”

İran nümayəndə heyəti “yumşaq müharibə”və ABŞ-nin təslim olmasında iştirak etmək üçün Pakistana uçub. 

“Cebheinfo.az”-ın “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran Parlamentinin sədr müavini Hacı Babayi açıqlayıb.

O qeyd edib:

"Ölkəmizin rəsmiləri ABŞ-nin təslim olmasına nail olmaq üçün “yumşaq müharibə” və diplomatik mübarizəyə başlayıblar. Başqa hər şey ölkə üçün qəbuledilməzdir".

"Bu gün İran dünyanın dörd aparıcı gücü arasında yer alır. Dünya neft ehtiyatlarının 20%-nin və dünya qazının 35%-nin keçdiyi Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir və oradan keçmək üçün ödənişlər rialla toplanmalıdır.

Sanksiyalara baxmayaraq, İranın neft ixracı 1,6 milyon bareli keçib və bu gün ölkəmizin nefti praktik olaraq sanksiyalardan azaddır. İran xalqı tələblərindən bir zərrə belə geri çəkilməyəcək", - Babayi əlavə edib.

Seçilən
12
1
cebheinfo.az

7Mənbələr