AZ

Simonyan ərinin ölümündən danışdı


RT-nin baş redaktoru Marqarita Simonyan əri, televiziya aparıcısı və rejissor Tiqran Keosayanın ölümündən danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Simonyan NTV-yə məlumat verib.
“Onun ürəyi pis idi. Pnevmoniya keçirib və nəfəs almaqda çətinlik çəkirdi. Bütün günü ayaq üstə olub. Hadisə “Yeni il”dən əvvəl olub axı. O, radio stansiyasındakı oğlanları ilə birlikdə məclis keçirib. Çox şən idi. Sonra mənimlə ortaq dostumuzun ad gününə gedib, vəssalam”, - Simonyan deyib.
RT redaktorunun sözlərinə görə, ikinci və ya üçüncü gün həkimlər ona ərinin beyninin tamamilə zədələndiyini və sağalmaq üçün heç bir ümid qoymadığını izah ediblər:
“Və mən yenə də hər gün gedirdim, onunla danışırdım, ona kitab oxuyurdum, dua edirdim. O, mənə cavab verirdi, bacardığı qədər, refleksiv şəkildə”.
Seçilən
33
1
yeniavaz.com

2Mənbələr