AZ

Dünyanın ən qeyri adi seçki sistemi: Macarıstan seçkiləri haqqında bilməli olduğunuz 5 vacib detal BBC

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Səsvermədən sonra nəticələri müəyyən edən görünməyən mexanizmlər...

Macarıstan parlament seçkilərinin əsas intriqası sadə görünür: uzun illərdir hakimiyyətdə olan Viktor Orban və onun "Fides" partiyası hakimiyyətdə qalacaq, yoxsa müxalif "Tisa"nın lideri Peter Madyar yeni baş nazir olacaq? Amma məsələ bununla bitmir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Seçkilərin əsas sualı və görünməyən incəliklər

Nəşr yazır ki, ölkədə həm qeyri-adi seçki sistemi, həm sorğulara etimadsızlıq, həm də uzun çəkən səs sayımı prosesi nəticələri daha mürəkkəb və qeyri-müəyyən edir. Buna görə də seçkiləri izləyərkən detalları anlamaq həlledici rol oynayır.

Sorğular, sistem və nəticələrin gecikməsi

Seçki öncəsi sorğular bir-birinə zidd mənzərə yaradır: müstəqil mərkəzlər "Tisa"nın üstünlüyünü göstərir, hakimiyyətə yaxın mənbələr isə "Fides"in qalacağını iddia edir. Problemin kökü ondadır ki, çox sayda seçici sorğularda iştirakdan imtina edir və xüsusilə kənd yerlərində yaşayan seçicilər statistikada tam əks olunmur. Halbuki bu qrup ən çox Orbanı dəstəkləyənlər hesab olunur.

Üstəlik, müxalifət hakimiyyəti seçiciləri maddi yollarla təsirləndirməkdə ittiham edir. Eyni zamanda son günlərdə qərarsız seçicilərin "Tisa"ya yönəldiyi də qeyd olunur. Bu amillərin necə üst-üstə düşəcəyini əvvəlcədən demək demək olar ki, mümkün deyil. Digər əsas məqam isə seçki sistemidir. Parlamentin çoxu birmandatlı dairələrdən seçilir və burada kənd yerlərinin üstünlüyü var, yəni bir kənd seçicisinin səsi şəhər seçicisindən daha "ağır" çəkir.

Bundan əlavə, uduzan namizədlərin səsləri də partiya siyahılarına əlavə olunur, hətta qalib partiya belə əlavə "bonus" səslər qazanır. Bu mexanizm əvvəlki seçkilərdə "Fides"ə əlavə mandatlar gətirib. Bütün bunlar o deməkdir ki, partiya reytinqləri parlamentdə real güc bölgüsünü əks etdirməyə bilər. Üstəlik, xaricdə və ya başqa dairələrdə verilən səslər sonradan hesablandığı üçün yekun nəticələr günlərlə, hətta bir həftəyə qədər gecikə bilər.

Üçüncü qüvvə və seçkidən sonrakı reallıq

Seçkilərdə əsas mübarizə "Fides" və "Tisa" arasında getsə də, üçüncü oyunçu amili də vacibdir. Xüsusilə ifrat sağçı "Mi Hazank" partiyasının parlamentə düşmək şansı var və bu, gələcək hakimiyyət balansını dəyişə bilər. Seçici fəallığı burada həlledici rol oynayır: yüksək iştirak bu partiyanın şansını azalda bilər. Ən real ssenari kimi ya Orbanın hakimiyyətdə qalması, ya da "Tisa"nın qələbəsi göstərilir.

Lakin Madyarın qalib gələcəyi halda belə, sürətli dəyişikliklər gözlənildiyi kimi olmaya bilər. Çünki Macarıstanda bir çox əsas sahələr yalnız parlamentin üçdə iki çoxluğu ilə dəyişdirilə bilər. Bu isə o deməkdir ki, seçkilər nəticə deyil, əslində yeni siyasi mərhələnin başlanğıcıdır. Hətta qalib tərəf belə, məhdud imkanlarla işləmək və ya növbəti siyasi mübarizəyə hazırlaşmaq məcburiyyətində qala bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
moderator.az

2Mənbələr