AZ

Fənərbaxça bu dəfə autsayderə şans vermədi

ain.az, Footbal-plus saytına istinadən bildirir.

''Fənərbaxça'' Türkiyə çempionatının 29-cu turunda ''Kayserispor''un qonağı olub. Bir neçə həftə öncə sonuncu pillədə qərarlaşan ''Fatih Karagümrük''ə uduzmaqla fanatlarına şok yaşadan İstanbul nəhəngi bu dəfə digər autsayderlə oyunda sürprizə imkan verməyib. ''Fənər'' Anderson Talişkanın dublu, eləcə də Nqolo Kante və Nene Dorgelesin qolları ilə 4:0 hesablı inamlı qələbə qazanıb. ''Sarı-lacivərdlilər'' bu mövsüm superliqada 8-ci dəfə səfər oyununda ən azı 3 qol vurdular. Domeniko Tedeskonun kollektivi Avropanın 10 aparıcı çempionatında bu göstəricidə yalnız ''Bavariya''dan (12) geri qalır. Talişka bu mövsüm bütün turnirləri nəzərə almaqla vurduğu qolların sayını 23-ə çatdırdı. Şəxsi rekordunu yeniləməsi və karyerasının ən məhsuldar mövsümünü keçirməsi üçün onun cəmi 4 qola ehtiyacı var. Maraqlıdı ki, ''Fənər'' bu mövsüm Türkiyə çempionatında braziliyalının məhsuldar hərəkətlə fərqləndiyi bütün qarşılaşmalarda qalib gəlib. Bu nəticənin ardından zirvədə xal fərqi 1-ə ensə də, ''Qalatasaray'' hələ bu turun oyununu keçirməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
icma.az

2Mənbələr