AZ

Çin Tayvanla bəzi əlaqələri bərpa edir

BAKI, 12 aprel. TELEQRAF

Çin Tayvanla əvvəllər dayandırdığı bəzi əlaqələri, o cümlədən birbaşa uçuşları və Tayvanın akvakultura məhsullarının idxalını bərpa edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının Tayvan İşləri üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, Pekin Kommunist Partiyası ilə Tayvanın müxalif Kuomintang Partiyası arasında uzunmüddətli kommunikasiya mexanizminin yaradılması imkanlarını araşdırır. Həmçinin, əvvəllər qadağan edilmiş Tayvanın akvakultura məhsullarının idxalının asanlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Kuomintang Partiyasının rəhbəri Çen Li-vun ilə Çin Prezidenti Si Cinpin arasında ötən cümə günü yüksək səviyyəli görüş keçirilib. Görüş zamanı tərəflər sülhə çağırış etsələr də, konkret addımlar açıqlanmayıb.

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və onun ilhaqı üçün güc tətbiqini istisna etmədiyini dəfələrlə bəyan edib.

Seçilən
21
1
teleqraf.com

2Mənbələr