AZ

Qızına hədiyyə etdiyi malikanə fantastik qiymətə satışa çıxarıldı

Gürcüəsilli rusiyalı məşhur müğənni və prodüser Valeri Meladzenin 345 milyon rubl (təxminən 7,6 milyon manat) dəyərində malikanəsi satışa çıxarılıb.

"Ölkə.az" xəbər verir ki, sənətçi evi "Millennium Park" elit qəsəbəsindən alaraq qızına hədiyyə edib. Lakin alqı-satqıdan sonra məlum olub ki, dəbdəbəli daşınmaz əmlakın ciddi təmirə ehtiyacı var.

Nəticədə müğənninin qızı belə bir evdə yaşamaqdan imtina edib.

Məlumata görə, 620 kvadratmetr sahəsi olan malikanə və ona məxsus 23 sot torpaq sahəsi yenidən satışa çıxarılıb.(Oxu.az)

Seçilən
2
3
olke.az

10Mənbələr