AZ

"İmişli"dən qələbə, "Turan Tovuz" "Sumqayıt"a qarşı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşıb. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb. İkinci dövrənin oyununda isə "Qəbələ" rəqibindən üstün olub - 3:2.

Günün və turun son matçı Tovuzda olacaq. "Turan Tovuz" doğma meydanında "Sumqayıt"ı qəbul edəcək. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi. "Turan Tovuz" bundan əvvəlki hər iki dövrənin oyununda "Sumqayıt"a qalib gəlib - 3:0, 2:1.

12 aprel (bazar)

Misli Premyer Liqası 

27-ci tur

15:30. “Qəbələ” - “İmişli”  - 0:1

Qol: Dioqo Rollo, 45
Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” - “Sumqayıt” 
Tovuz şəhər stadionu

10 aprel (cümə)

“Karvan-Yevlax” - “Kəpəz” - 4:1

11 aprel (şənbə)

“Neftçi” - “Araz-Naxçıvan” - 2:1

 “Sabah” - “Zirə” - 2:2

“Şamaxı” - “Qarabağ” - 0:0

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Seçilən
0
8
teleqraf.com

10Mənbələr