AZ

Londonda etiraz aksiyasında 500-dən çox şəxs saxlanılıb

Londonun mərkəzində Trafalqar meydanında “Palestine Action” qrupuna qoyulan qadağaya qarşı keçirilən etiraz aksiyası zamanı 500-dən çox şəxs saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, saxlanılanlar qadağan olunmuş təşkilata dəstək nümayiş etdirdikləri üçün həbs olunublar. Saxlanılanların yaşı 18-dən 87-dək dəyişir.

Qeyd edək ki, “Palestine Action” qrupuna dəstək 2025-ci ilin iyulunda hökumət tərəfindən anti-terror qanunvericiliyi çərçivəsində qadağan edilib. Fevral ayında bu qadağa qanunsuz hesab olunsa da, apellyasiya prosesi davam etdiyi üçün qüvvədə qalmaqdadır.

Seçilən
0
2
yeniazerbaycan.com

3Mənbələr