AZ

Bu ölkədə fövqəladə vəziyyət: kəndlər su altında qaldı

Rusiyanın Tomsk vilayətinin Çornaya Reçka kəndində 222 həyətyanı sahəni su basıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Tomsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Bildirilir ki, həmçinin 25 yaşayış evi su altında qalıb. Bundan başqa, Zareçnoye və Spasskoye yaşayış məntəqələrinin ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Daha əvvəl Tomsk vilayətinin qubernatoru Vladimir Mazur bildirmişdi ki, Zareçnoye kənd yaşayış məntəqəsinə daxil olan Çornaya Reçka və Taxtamışevo yaşayış məntəqələrində təxminən 80 nəfər təxliyə edilib./oxu.az/

Seçilən
8
4
nocomment.az

5Mənbələr