AZ

Bu futbolçu ''Beşiktaş''a lazım deyil

''Beşiktaş''ın bir futbolçusunun aqibəti müəyyənləşib. Söhbət müqavilə ilə ''ağ-qaralar''a məxsus olan və bu mövsümü icarə əsasında İtaliya təmsilçisi ''Cenoa''da keçirən Jan Onanadan gedir.

Türkiyə mətbuatı Kamerun mənbələrinə istinadən xəbər verir ki, nə futbolçu ''Beşiktaş''ın üzvü olmaqda maraqlıdı, nə də ''Beşiktaş'' onun xidmətinə ehtiyac duyur. Sərgən Yalçın və rəhbərlik kamerunlu yarımmüdafiəçinin ayrılmasına razılıq verib. İtaliya karyerası istənilən səviyyədə keçməyən və ehtiyat oyunçular skamyasına sanki həbs edilən 26 yaşlı futbolçuya maraq göstərən klublar heç də az deyil. Ona Fransa, Yunanıstan, İtaliya və Türkiyənin özündən təkliflər var.

Qeyd edək ki, ''qartal'' Onananı 2023-ün yayında Fransa təmsilçisi ''Lans''dan 4 milyon avroya transfer etmişdi. Səviyyəsinin kluba uyğun gəlmədiyi çox tez anlaşılan futbolçu Türkiyə karyerasında cəmi 16 oyuna çıxa bilərək aktivinə 1 məhsuldar ötürmə yazıb. 2023/24-ün ikinci dövrəsini icarə əsasında ''Marsel''də keçirən futbolçu 2024-dən bu yana ''Cenoa''dadı.

Kamerun yığmasında 14 oyun keçirən və ''Beşiktaş''la 2027-nin yayına qədər müqaviləsi olan Onananın transfer dəyəri 1,3 milyon avro civarındadı.

Seçilən
16
1
football-plus.az

2Mənbələr