AZ

Təcili yardım avtomobili vuruldu 3 nəfər xəsarət aldı FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Rusiya qoşunları gecə saatlarında Sumı vilayətinin Qluxov icmasında təcili tibbi yardım avtomobilinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Oleq Qriqorov məlumat yayıb.

Hücum nəticəsində təcili yardım avtomobilində olan üç tibb işçisi müxtəlif dərəcəli xəsarətlər alıb. O.Qriqorovun sözlərinə görə, yaralılara operativ şəkildə tibbi yardım göstərilib və hazırda onların həyatı üçün hər hansı təhlükə yoxdur.

Ukrayna Milli Polisinin məlumatına əsasən, Svesa icmasında daha bir mülki şəxs düşmən atəşi nəticəsində yaralanıb.

Ümumilikdə, ötən gecə ərzində vilayətin Şostka, Nikolayevka, Yunakovka, Znob-Novqorod, Belopolye, Velika Pisarivka və Berezovka icmaları da Rusiya silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
avtosfer.az

4Mənbələr