AZ

ABŞ-ın strateji bombardmançıları İrana zərbəyə hazırlaşır? – Böyük Britaniyada hərəkətlilik

ABŞ-a məxsus "B-1B Lancer" və "B-52H Stratofortress" strateji bombardmançı təyyarələri hər biri 1 ton çəkidə olan "JDAM-31 BLU-109" bombaları ilə təchiz edilərək Böyük Britaniyadakı "RAF Fairford" aviabazasında yerləşdirilib.

Musavat.com xəbər verir ki, daxil olan məlumatlara görə, həmin təyyarələr hər an İrana qarşı mümkün zərbələr endirmək üçün tam hazır vəziyyətə gətirilib.

Bundan əlavə, sözügedən bazaya hərbi-nəqliyyat aviasiyası vasitəsilə dayanmadan döyüş sursatlarının daşınması prosesi davam edir. Hazırda ABŞ-ın bu aktivliyi regionda gərginliyin artması fonunda ciddi diqqət mərkəzindədir.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr