AZ

“Lill”dən səfərdə darmadağın

Fransa Liqa 1-in 29-cu turunda “Tuluza” öz meydanında “Lill”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə,  qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 0:4.

Hesabı 23-cü dəqiqədə Toma Mönyö açıb. Qolda assisti Hakon-Arnar Haraldsson edib. İkinci hissədə “Lill” üstünlüyünü daha da artırıb. 50-ci dəqiqədə Romen Perro fərqlənib.

55-ci dəqiqədə Matias Fernandes üçüncü qolu vurub, ötürməni isə Benjamen Andre edib. Matçın 88-ci dəqiqəsində isə Olivye Jiru penaltidən dəqiq zərbə ilə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, “Tuluza” 48-ci dəqiqədən etibarən azlıqda oynayıb. Komandanın futbolçusu Mark Makkenzi qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbədən sonra “Lill” xallarının sayını 53-ə çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Tuluza” isə 37 xalla ilk onluğu tamamlayır.

Seçilən
32
90deqiqe.az

1Mənbələr