AZ

İran və Rusiya liderləri atəşkəs və regional sabitliyi müzakirə etdi » AzadMedia.az


Bazar günü keçirilən telefon danışığında İran Prezidenti Məsud Pezeşkian və onun rusiyalı həmkarı ABŞ–İsrailin İrana qarşı təcavüzü fonunda əldə olunmuş atəşkəsin son vəziyyətini və Pakistanda aparılan danışıqlar prosesini müzakirə edərək, regionda sabitlik və təhlükəsizliyin gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.
İki prezident həmçinin ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini qiymətləndirib və Tehran ilə Moskva arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əlaqələrin inkişafı və dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Sputnik-in məlumatına görə, İran prezidenti aprelin 11-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən danışıqlara toxunaraq, Rusiyanın prinsipial mövqeyini yüksək qiymətləndirib.
Pezeşkian həmçinin Moskvaya humanitar yardıma görə təşəkkür edib və rus xalqını Pasxa bayramı münasibətilə təbrik edib.
Öz növbəsində, Putin Rusiyanın İran ətrafındakı mübahisələrin siyasi və diplomatik yolla həllinə kömək etməyə hazır olduğunu vurğulayıb.
Seçilən
13
1
azadmedia.az

2Mənbələr