Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi, İraq ərazisindən Krallığın və digər Körfəz ölkələrinin atəşə tutulması ilə bağlı ittihamlara cavab olaraq İraq səfiri Safia Taleb əl-Suheyli nazirliyə çağırıb.
"Unikal" xəbər verir ki, nazirliyin mətbuat xidməti bu barədə "X" sosial media platformasında məlumat yayıb.
Etiraz notası zamanı siyasi işlər üzrə nazir müavini Səud əl-Satinin "İraq hakimiyyətinin bu təhdidlərə və hücumlara qarşı məsuliyyətli yanaşmasının vacibliyini" vurğuladığı bildirilir.