AZ

“Qalatasaray” öz meydanında vacib iki xal itirib

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.

Milli.Az xəbər verir ki, günün ilk matçında "Göztəpə" öz meydanında "Kasımpaşa" ilə üz-üzə gəlib.

6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.

Günün son qarşılaşması isə İstanbulda baş tutub. Lider "Qalatasaray" öz meydanında "Kocaelispor"u sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən matçda ev sahibləri kritik xal itkisi ilə üzləşib. Oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, turnir cədvəlinə 68 xalla "Qalatasaray" başçılıq edir. Ondan 2 xal az toplayan "Fənərbaxça" isə ikinci pillədə qərarlaşıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
5
news.milli.az

8Mənbələr