AZ

Real Madrid in ulduzu karyerasını Qalatasaray da davam etdirəcək?

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Türkiyə Superliqasının son çempionu “Qalatasaray” müdafiə xəttini ulduz namizədi ilə gücləndirmək istəyir.

Fanat.Az xəbər verir ki, “sarı-qırmızılılar” “Real Madrid”in 22 yaşlı ispanyalı müdafiəçisi Raul Asensio ilə yaxından maraqlanır.

Madrililərin əsas heyətində şans qazanmaqda çətinlik çəkən gənc stoperin daha çox oyun praktikası üçün Türkiyəyə gəlişi gündəmdədir.

İspaniya mətbuatının yaydığı məlumata görə, “Qalatasaray” futbolçunu satın alma opsiyası ilə icarəyə götürmək niyyətindədir. Müdafiədə gəncləşdirmə siyasəti yürüdən İstanbul təmsilçisinin bu transferdə israrlı olduğu bildirilir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
fanat.az

2Mənbələr